Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikanın istismarının qış mövsümünə keçidi aparılıb - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, silah və texnikanın qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Bütün növ silah və texnikalara texniki xidmət-2 həcmində qulluq göstərilib. Bu zaman texnikaların yanacaq-sürtkü materialları və filtrləri dəyişdirilib, hissə və mexanizmlərə planlı şəkildə qulluq göstərilib, elektrik və hidravlik sistemləri yoxlanılıb. Tankların və döyüş maşınlarının hərəkət hissəsinə, döyüş və güc bölmələrinə xüsusi qulluq göstərilib, bütün hərəkət hissələri yağlanıb, tırtıllar tarımlanıb, mühərriklərə yağ əlavə olunub, ehtiyac olanların isə yağı dəyişdirilib. Bütün fəaliyyətlər başa çatdıqdan sonra silah və hərbi texnikanın hər bir nümunəsinin təhlili aparılaraq nəticələr qiymətləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: