"Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.
"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanına (Ankara) eniş edib.
Hava şəraiti yol verdikdə, İstanbula uçuş həyata keçiriləcək.