Gənclər arasında kitab müzakirəsi keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində Nikolo Makiavellinin “Hökmdar” əsərinin müzakirəsi təşkil edilib.
Müzakirə zamanı vurğulanıb ki, “Hökmdar” intibah dövrünün florensiyalı dövlət xadimi Nikolo Makiavellinin ən mühüm və ən mübahisəli əsəridir. XV əsrdə qələmə alınan, 26 fəsildən ibarət “Hökmdar” əsəri dərin ideya və fikirlərə görə dünya mədəniyyət xəzinəsinə daxil edilib.
Əsərdə səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışlar təhlil edilib. Kitabda müəllif ordusu olmayan dövlətin güclü olmadığını da önə çəkib.
Qeyd edək ki, Nikolo Makiavellinin “Hökmdar” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilən oxunması zəruri olan kitabların siyahısına daxil edilib.
Sadiq Məmmədov