Ədibin 136-cı ildönümü qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ədibin və ailə üzvlərinin uyuduğu məqbərəni ziyarət edib, buraya gül dəstələri qoyublar.

Dahi şairin Naxçıvan şəhərindəki ev muzeyində davam edən  tədbirdə bildirilib ki, Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr bəxş etmiş qüdrətli söz sənətkarıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamları ilə qədim diyarımızda Hüseyn Cavidin yubileyləri silsilə tədbirlərlə qeyd olunub, elmi konfranslar və simpoziumlar təşkil edilib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin əsərləri tamaşaya hazırlanıb.

Tədbirdə “Hüseyn Cavidin həyat və yaradıcılığı”, “Hüseyn Cavidə həsr olunmuş əsərlər”, “Böyük ideallar şairi”  mövzularında çıxışlar olub və aktyorlar şairin şeirlərini qiraət ediblər. 

Sonda tədbir iştirakçıları Hüseyn Cavidin ev muzeyinin ekspozisiyası ilə tanış olublar.

                 Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: