Azərbaycan Prezidentinin tapşırığı ilə 370 nəfərlik çevik xilasetmə qüvvələri Türkiyəyə göndərilir - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə yola düşəcək Fövqəladə Hallar Nazirliyinin 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri hazır vəziyyətə gətirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazirliyin təyyarəsi yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyəyə yola düşəcək.