Hazırda Naxçıvan Muxtar Respublikasında “AzStateNet” Data, İnternet və “Voice” şəbəkələrinə qoşulması təmin edilib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, həmin qurumlar arasında Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası idarəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yer alıb.
Qurumun açıqlamasına görə, muxtar respublikada dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə “AzStateNet” Data, İnternet və “Voice” şəbəkələrinin Naxçıvan Muxtar Respublikasında qurulması və dövlət qurumlarının bu şəbəkəyə qoşularaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.