Naxçıvanda 371 713 şəxsin məlumatları elektron sistemə daxil edilib

A- A A+

Naxçıvan Muxtar Respublikasında 371 min 713 şəxsin məlumatları elektron sistemə daxil edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələrində hər bir təsərrüfat gəzilərək uçotun aparılması və əldə edilən məlumatların elektron informasiya sisteminə işlənməsi istiqamətində müvafiq işlər görülüb.

Bildirilib ki, bu günə qədər ümumilikdə 91555 təsərrüfatda 317 min 713 şəxsin məlumatlarının elektron informasiya sisteminə işlənməsi təmin edilib. Bu istiqamətdə işlər hazırda davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: