Naxçıvanlı qazimizin 4 yaşlı qızı öz geyim və oyuncaqlarını türkiyəli uşaqlara bağışladı - FOTOLAR
Türkiyədə baş verən şiddətli zəlzələdə zərər çəkənlərə hər kəs yardım əlini uzatmağa çalışır. Həmişə olduğu kimi, bu ağır günlərdə də bir millət, bir ürəyik. Qazimiz Abbasəli Tarverdiyevin 4 yaşlı qızı Sevil Tarverdiyeva da öz geyim və oyuncaqlarını zəlzələdən əziyyət çəkən uşaqlara bağışlayıb.
Allah balamızı qorusun!
Qazimiz bu barədə öz sosial hesabında yazıb:
“Mən deməmişdən yığıb özünün balaca paltarlarını Türkiyədə evsiz-eşiksiz qalan balaca dostlarına. Bu dünyada ən gözəl şey qarşılıq gözləmədən edilən mərhəmətdir”.