Yanvarın üçüncü dekadasında havanın minimum temperaturu Naxçıvan və Gədəbəydə qeydə alınıb

A- A A+

Respublikanın əksər bölgələrində yanvar ayının üçüncü ongünlüyündə hava şəraiti az yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim norması və ötən ilin göstəriciləri ilə müqayisədə 1º yüksək, bəzi yerlərdə normaya yaxın olması ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 5,1º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 3-4º, Gəncə-Goranboyda 2-4º, Lənkəran-Astarada 1-4º, Şəki-Zaqatalada 1-3º, Gədəbəydə -2,4º, Ceyrançöl-Tovuzda 2º, Qubada 0,2º, Dağlıq Şirvan bölgəsində 0-2º qeydə alınıb.

Havanın minimum temperaturu Naxçıvan və Gədəbəydə -9º, Şamaxıda -6º, Tovuz, Ceyrançöl, Şəki, Zərdab, İsmayıllı və Qubada -5º, Zaqatala, Qəbələ, Bərdə və Gəncədə -4º, Göyçay, Lənkəran və Cəfərxanda -3º, Maştağada -2º təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: