Ağ örpəyə bürünən Kükü - FOTOLAR

A- A A+

Bir həftədən artıqdır ki, muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dünən axşam saatlarından muxtar respublikanın dağlıq və dağətəyi bölgələrinə intensiv qar yağışı başlayıb.

Qar ən çox Şahbuz rayonu ərazisinə yağıb. Belə ki, rayonun Kükü kəndində qarın hündürlüyü 50 sm-ə, Biçənəkdə isə 40 sm-ə çatıb. Sinoptiklərin məlumatına görə, muxtar respublika ərazisində qarlı hava şəraiti fevralın 10 - dək davam edəcək.

Sosial şəbəkə istifadəçisi Cəmşid Qurbani ağ örpəyə bürünən Küküdən fotolar çəkərək Naxçıvan televiziyasının "İnstagram" hesabına göndərib.

Həmin fotoları təqdim edirik:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: