Naxçıvanın dağlıq və dağətəyi bölgələrində yollar qardan təmizlənir - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dünən axşam saatlarından muxtar respublikanın dağlıq və dağətəyi bölgələrinə intensiv qar yağışı başlayıb.

Bir sıra ucqar kənddə qarın hündürlüyü 40 - 50 sm-ə çatıb. 

Yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları vasitəsilə axşam saatlarından başlayaraq gecə boyunca yollarda fasiləsiz olaraq qardan təmizləmə işi aparılıb, təhlükəsiz hərəkət təmin edilib. 

Hazırda yollarda rahat və təhlükəsiz hərəkət üçün işlər davam etdirilir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: