Fevralın 8-də Azərbaycanda COVID-19 əleyhinə 310 doza vaksin vurulub

A- A A+

Fevralın 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 310 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 65, ikinci doza vaksinlərin sayı 125, üç və daha çox doza vaksinlərin sayı 110, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 10-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 944 min 476, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 873, ikinci mərhələ üzrə 4 milyon 877 min 558, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 685, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 360-dır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: