Babək Rayon Cəhri qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb - FOTOLAR

A- A A+

Cəhri qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. 

NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Babək Rayon Cəhri qəsəbəsində mənzillərdən birindən oğurluq olması ilə bağlı polisə məlumat daxil olub.

Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən Cəhri qəsəbə sakini 1998-ci il təvəllüdlü Valeh Vəliyev şübhəli şəxs qismində saxlanılıb, oğurladığı qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.

Valeh Vəliyevin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: