Naxçıvanda yollar qardan təmizlənir, fasiləsiz hərəkət təmin edilir - VİDEO

A- A A+

Son 2 gündür, muxtar respublika ərazisində yağıntılı hava müşahidə olunur.  

Dağlıq və dağətəyi bölgələrə intensiv qar yağması nəticəsində xüsusən Şahbuz və Ordubad rayonlarının ucqar kəndlərində qarın hündürlüyü 60-70 sm-ə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları vasitəsilə yollarda fasiləsiz olaraq qardan təmizləmə işi aparılır. Görülən işlər nəticəsində dağlıq bölgələrdəki yaşayış məntəqələrinə gediş-gəlişdə heç bir fasilə yaranmayıb və hərəkətin təhlükəsizliyi tam təmin edilib.

Şahbuz rayonu ərazisində əsasən Kükü, Biçənək, Qızıl Qışlaq kəndlərinin yolları və Batabat yaylağına gedən yollar qardan təmizlənir. Ordubadda isə Parağaçay və Nürgütdə qarın davamlı yağmasına görə işlər intensiv aparılır. 

Hazırda qardan təmizlənməsi zəruri olan yollarda rahat və təhlükəsiz hərəkət üçün xüsusi texnikalarla işlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: