Türkiyədə baş verən zəlzələdən zərər görmüş qardaş-bacılarımıza yardım məqsədilə fevralın 9-u və 10-da Naxçıvan teatrının səhnəsində K.Çapekin "Ana" dramı oynanılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tamaşalardan toplanan vəsait qardaş Türkiyəmizdə zəlzələdən zərər çəkən insanlara yardım olaraq göndəriləcək. Tamaşalar hər iki gündə saat 19:00-da başlayacaq.
Biletlər tamaşadan iki saat əvvəldən teatrın kassasında satılır. Qiyməti 3 manatdır.
Hər kəsi bu xeyriyyə aksiyasında iştiraka dəvət edirik.