Şərurda şagirdlərin dərin tibbi müayinələrinə başlanılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun ümumtəhsil məktəblərində şagirdlərin dərin tibbi müayinələrini aparmaq üçün rayon mərkəzi xəstəxanasında ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib. Müayinələr zamanı hər hansı bir xəstəlik aşkarlanan şagirdlər dispanser qeydiyyatına götürülərək mərkəzi xəstəxana və muxtar respublikanın digər səhiyyə müəssisələrinə dəvət olunur.
Qeyd edək ki, müayinələr rayonun bütün ümumtəhsil məktəblərində həyata keçiriləcək.
Cavid Səfərli