Cahan Holdinq Türkiyəyə 40 tona yaxın yardım göndərib - VİDEO
Naxçıvanda Türkiyəyə göstərilən geniş yardım kampaniyasına muxtar respublikanın iri istehsal müəssisələri, sahibkarlar da fəal qoşulublar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Cahan” Holdinq kommersiya şirkətlər ittifaqı Türkiyədəki zəlzələ bölgəsinə 40 tona yaxın yardım göndərib.
Yardım əsasən müxtəlif qida, geyim və tibb məhsullarından ibarətdir. Göndərilən məhsulların içərisində quru ərzaq üstünlük təşkil edir.