Xəlilli kəndində fərdi yaşayış evi yanıb - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunun Xəlilli kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə 1960-cı il təvəllüdlü kənd sakini Əliyeva Gülüstan Əli qızına məxsus yaşayış evində yanğın hadisəsi baş verməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbələrinin yanğınsöndürmə avtomobilləri cəlb olunub və qısa zamanda yanğın söndürülüb, xəsarət alan yoxdu.
Nəticədə ümumi sahəsi 126 kvadratmetr olan mənzilin 98 kvadratmetr hissəsi yanıb. Yanğına səbəb isə evə bitişik yardımçı tikilidə olan qaz plitəsinin nəzarətsiz qalması olub.