Vergilər Nazirliyinin rəsmi internet saytı istifadəyə verilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində vergi.nakhchivan.az rəsmi internet səhifəsinin təqdimatı keçirilib.                                              

İdarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov qeyd edib ki, sahibkarlar üçün bu internet səhifəsi ən sürətli formada elektron xidmətlərdən yararlanmaq imkanını təmin edir. Həmin internet səhifəsinin köməyi ilə artıq sahibkarlar bir çox xidmətlərdən rahat şəkildə istifadə edə bilərlər. 

Tədbirdə qeyd olunub ki, saytda vergi sahəsində lazım olan bir çox elektron xidmətlərin onlayn istifadəsi mümkündür. Bu sayt bütün vergi ödəyicilərinə vergi qanunvericiliyi ilə bağlı informasiya resurslarına daxil olmağa, oradakı xidmətlərdən praktiki cəhətdən yararlanmağa, ümumilikdə isə onların işinin asanlaşmasına səbəb olacaqdır. Digər çıxışlarda Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin  rəsmi  internet  səhifəsi  və elektron xidmətləri haqqında əlavə məlumatlar verilib və saytın mətbuat bölməsi və göstərdiyi xidmətlərdən də danışılıb.

Tədbirdə internet səhifəsi və elektron xidmətlər mövzusundakı suallar cavablandırılıb,  tədbir iştirakçılarına bukletlər paylanılıb.

                                        

                                                               Vüsal Muradov   

    

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: