Azərbaycan Ordusunun hərbçisi qar uçqununa düşərək həlak olub

A- A A+

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Savalan Hüseynov qar uçqununa düşərək həlak olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumatı təsdiqləyib.

"Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır", - məlumatda bildirilib.

Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd kənd sakinidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: