Sədərəkdə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

A- A A+

Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları Dəmirçi kənd sakinləri Bəhman Hüseynəliyev və Elnur Fərəcovu Dəmirçi kəndində baş vermiş oğurluq faktları ilə əlaqədar şübhəli şəxs qismində saxlayaraq məsuliyyətə cəlb ediblər.

NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan MR Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onların müxtəlif vaxtlarda kənd ərazisindən oğurladıqları ev quşları və elektron avadanlıqlar maddi sübut kimi götürülübdür.

Hər iki faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: