Türkiyəyə yollanacaq olan könüllü gənclər Bakıdan Naxçıvana gəliblər - FOTOLAR
Türkiyədəki təbii fəlakətdən zərər görmüş insanlara kömək məqsədilə bu gecə Azərbaycan könüllüləri Naxçıvandan qardaş ölkəyə yollanacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərindən gələn gənc könüllülər artıq Naxçıvan Beynəlxalq Hava limanına eniş ediblər. Qısa zaman ərzində onlar Naxçıvan könüllüləri ilə birlikdə qardaş ölkəyə yollanacaqlar.