Yardıma gedən azərbaycanlı könüllülər Türkiyə mediasında

A- A A+

Qardaş ölkədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə fevralın 10-da Azərbaycandan yola düşən ilk könüllü qrupu barədə xəbər Türkiyə mediasında geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “DHA”, “SABAH”, “SonDakika” kimi aparıcı xəbər portallarında “Zəlzələ bölgəsində çalışan azərbaycanlı heyətə daha yeni qrup yardıma gəldi” kimi başlıqlarla yayımlanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərərçəkmiş qardaş Türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar. Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri arasından daha təcrübəli və çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan 100 gənc müəyyən edilərək, ilkin təlimat keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün qardaş ölkəyə yola düşüblər.

Könüllülər artıq Kahramanmaraş bölgəsinə çataraq fəaliyyətə başlayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: