Məktəblər arasında intellektual oyun keçirilib - FOTOLAR
Məmməd Tağı Sidqi adına 4№-li tam orta məktəbdə Naxçıvan şəhərinin 2018-ci ildə Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar şəhər məktəbliləri arasında “Vətəni tanı” İntellektual Oyunu keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan MR “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən oyunda 17 tam orta məktəbin komandası iştirak edib. İntellektual oyunda 12№-li tam orta məktəbin komandası I yerə, 7№-li tam orta məktəbin komandası II yerə, 6№-li və 11№-li tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülüblər. Sonda qalib komanda və komanda üzvlərinə təşkilatçıların diplomları təqdim olunub.