Şərur rayonunda narkotikə görə 3 nəfər tutulub

A- A A+

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Şərur RPİ-nin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin satışında və istifadəsində şübhəli bilinən 3 nəfər Şərur rayon sakinlərini müəyyənləşdirərək saxlayıb və onlar barəsində toplanmış materiallar məhkəməyə göndərilib.  

Şərur rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə müvafiq olaraq, 1994-cü il təvəllüdlü Oğlanqala kənd sakini Əyyub Abdullayevə 30 gün, 1991-ci il təvəllüdlü Çomaxtur kənd sakini Rasif Əliyevə 30 gün və 1994-cü il təvəllüdlü Qarxun kənd sakini Əli Məmiyevə isə 25 gün müddətində həbs növündə inzibati  tənbeh tədbiri tətbiq olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: