Şərur rayon sakini Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində şübhəli şəxs qismində saxlanılaraq həbs olunub
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Culfa Rayon Polis Şöbəsinin əməkdaşları Şərur rayon sakini Asim Mustafayevi Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində şübhəli şəxs qismində saxlayıblar. Həmin şəxsin həkim müayinəsindən keçirilməsi nəticəsində narkotik vasitələrin yüksək miqdarda istehlakına görə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən inzibati xəta hakkında protokol tətbiq olunub və Babək Rayon Məhkəməsinin qərarına əsasən 40 (qırx) gün müddətində inzibati həbs olunub.