Naxçıvan Muxtar Respublikası Prokurorluğunda vətəndaş qəbulu keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, fevralın 15-də Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 14 vətəndaşın müraciəti dinlənilərək, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti orqanlarda həlli üçün müvafiq göstərişlər verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: