Şəhidlərin ordenləri ailə üzvlərinə təqdim edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Babək, Kəngərli, Şahbuz və Sədərək rayon icra hakimiyyətlərində ordenlərin təqdimatı keçirilib. Şəhidlərin ordenləri onların ailə üzvlərinə təqdim olunub.

Tədbirlərdə əvvəlcə Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov,  Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva ordenləri şəhidlərin ailə üzvlərinə təqdim ediliblər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid gizir Novruzlu Ümid Bahadur oğlu, şəhid əsgər Ramazanov Rasim İsmayıl oğlu, şəhid əsgər Teymurov Elvin Mustafa oğlu, şəhid əsgər Hümbətov İmaməddin Muxtar oğlu, şəhid baş leytenant Qasımov Həmid Oruc oğlu, şəhid əsgər İsgəndərov Niyaməddin Qulu oğlu, şəhid əsgər Mirzəyev Aslan Məqsud oğlu, şəhid əsgər Yüzbaşyev İsmayıl Fəzayıl oğlu, şəhid əsgər Səfərov Qəşəm Taməddin oğlu, şəhid əsgər Alməmmədov İman Tarverdi oğlu, şəhid əsgər Bağırov Ramin Nəriman oğlu, şəhid əsgər Gözəlov Rüfət Əzim oğlu və şəhid əsgər Abdullazadə Tağı İlham oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: