NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən bu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinə 103 milyon 200 min daxili istehsal tütün məmulatlarına, alkoqollu içkilərə və pivə məmulatlarına tətbiq olunan aksiz markaları verilib, 68 ipoteka kağızının dövlət qeydiyyatı, 60 ipoteka kağızının əlavə dövlət qeydiyyatı aparılıb və 13 ipoteka kağızına xitam verilib. Hesabat dövründə üç açıq səhmdar cəmiyyətin qiymətli kağızlarının ləğvi, bir cəmiyyətin isə məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi ilə əlaqədar olaraq qiymətli kağızların dövriyyədən çıxarılması nəzərə alınıb və qanunauyğun şəkildə rəsmiləşdirilib. Həmçinin “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin səhm buraxılışı idarə tərəfindən qeydiyyata alınıb. Səhmlər və səhmdar cəmiyyətlərlə bağlı vətəndaşları narahat edən məsələlər diqqətdə saxlanılıb, səhmlərin alqı-satqısı, dividentlərin verilməsi, vərəsəliyin həyata keçirilməsi ilə əlaqədar daxil olan müraciətlər araşdırılaraq qanunun tələbləri çərçivəsində icra edilib.