Məktəb binası yenidən qurulur

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin binası yaxın gələcəkdə müasir görünüşü və yüksək tədrisşəraiti ilə öz qapılarını müəllim və şagirdlərin üzünə açacaq. Layihəyə uyğun olaraq əsas binaya bitişik əlavə iki korpus inşa olunur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət məktəb binası 1148 şagird yerlik olacaq. Burada 58 ümumi sinif otağı, elektron lövhəli siniflər, fizika, kimya, biologiya laboratoriyaları, kompüter otaqları, idman zalı, kitabxana, hərbi kabinə və digər otaqlar fəaliyyət göstərəcək. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçılarının çalışdığı obyektdə tikinti-quruculuq işlərinə bu il iyun ayının əvvəllərindən başlanılıb. Görülən tədbirlər çərçivəsində əsas binanın və ona bitişik bir korpusun pəncərələri asılıb, daxili kommunikasiya xətləri çəkilib. Hazırda dam örtüyü vurulur, fasad hissənin pəncərə kənarlarına daşlar düzülür, içəri hissənin yer səthinə beton qatı verilir. İkinci korpusun zirzəmi qatında və mərtəbələrində isə qəlib-beton və hörgü-suvaq işləri görülür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: