“İçimdəki Sərsəri” şeirlər kitabının təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki “Kitab Evi”ndə gənc şair Ruslan Ələkbərovun ”İçimdəki Sərsəri” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev və başqaları çıxış edərək Ruslan Ələkbərovun şair kimi bundan əvvəl qələmə aldığı şeirləri ilə oxucu rəğbəti qazandığını vurğulayıblar. Bildirilib ki, gənc şairin yaradıcılığının növbəti məhsulu olan, “İçimdəki Sərsəri” şeirlər kitabı tanınmış yazıçı, folklorşünas Rafiq Babayevin xatirəsinə həsr edilib. Ruslan Ələkbərov kitabının təqdimatına qatılanlara minnətdarlıq edib.

Sonda kitabın imza mərasimi keçirilib.

                                                                               Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: