FHN: Xilasedicilərimiz tərəfindən dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib
Türkiyənin Hatay bölgəsində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Hazırda xilasedicilərimiz Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.