NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunun Şıxmahmud kəndində qardaş Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinə ehsan verilib.
Əvvəlcə Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən minlərlə insanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya bildirib ki, qardaş Azərbaycan xalqı hər zaman olduğu kimi, xeyli sayda insan ölümü ilə nəticələnən zəlzələ zamanı da Türkiyənin yanında oldu, Naxçıvanda minlərlə insan əsl qardaş dəstəyi nümayiş etdirdi. Muxtar respublikada sakinlərin, iş adamlarının, müxtəlif qurumların təşəbbüsü ilə bu müddətdə zəruri ehtiyaclardan ibarət 53 koteyner vasitəsilə humanitar yardım Türkiyəyə göndərildi.
Asip Kaya göstərilən maddi və mənəvi dəstəyə görə qardaş Azərbaycan xalqına təşəkkürünü bildirib.
Şıxmahmud kənd sakinləri bildiriblər ki, xalqlarımız və dövlətlərimiz hər zaman çətin anlarda bir-birinə dəstək olub. Bu gün də bütün Azərbaycan xalqı qardaşlarının yanındadır. Zəlzələ baş verdiyi gündən bəri Naxçıvan ictimaiyyəti səfərbər olaraq maddi və mənəvi dəstəyini əsirgəməyib.
Çıxış edənlər zəlzələ nəticəsində minlərlə insan tələfatına görə başsağlığı verib, yaralılara şəfa diləyiblər.
Ehsan süfrəsində Türkiyədə həyatını itirənlərin ruhuna dualar oxunub.
Mahmud Hüseynov