Culfada sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

A- A A+

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda içkili vəziyətdə avtomobil idarə edən şəxs saxlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Culfa RPŞ-nin DYP qrupunun əməkdaşları Culfa şəhər Heydər Əliyev prospektində 72-BR-842 dövlət nömrə nişanlı avtomobili ciddi qayda pozuntusu törətdiyinə görə saxlayıblar.

Sürücü Ceyhun Əliyevin içkili olduğu məlum olub.

Polisin qanuni tələbinə tabe olmaq istəməyən sürücü hərəkətə davam etmək istəyərkən saxlanılaraq Culfa rayon polis şöbəsinə aparılıb və onun barəsində toplanmış materiallar Culfa rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Ceyhun Əliyev 12 gün müddətinə inzibati qaydada həbs edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: