Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti dəyişkən olacaq

A- A A+

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatda fevralın 23-də Bakıda və Abşeron yarımadasında günün ikinci yarısında şimal küləyinin 15-20 metr/saniyə, 24-də arabir 23-28 metr/saniyəyə çatacağı bildirilir.

Hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Belə ki, fevralın 23-ü axşama doğru arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə sulu qara keçəcəyi, 24-də gün ərzində fasilələrlə sulu qar, axşam tədricən kəsiləcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 23-də gecə və səhər əsasən şimal və qərb rayonlarında, 23-ü axşama doğru və 24-də əksər rayonlarda havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Fevralın 22-24-də qərb küləyi 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyəyədək güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: