"Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətində mütəxəssis kateqoriyalı peşələr üzrə boş olan vakansiya yerlərinə işə qəbul elan edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, işə qəbulda ali və orta ixtisas təhsili müəssisələrini dəmir yolu ixtisası üzrə bitirmiş namizədlər iştirak edə bilərlər. Proses imtahan yolu ilə həyata keçirilir.
İşə qəbul olmaq arzusunda olan namizədlər fevralın 24-ü saat 18:00-dək müvafiq qaydada Cəmiyyətə müraciət edə bilərlər.
Əlaqə telefonu:
(036) 545-72-48
(060) 575-02-57