Naxçıvan MR DİN-in Şahbuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsində dəyişiklik olub.
Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, polis mayoru Siyafər Cəfərliyə Şahbuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə olunub.
Məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti NUHÇIXAN İnformasiya Agentliyinə təsdiqləyib.
Məlumata əsasən, bu gün Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov Siyafər Cəfərlini şöbənin kollektivinə təqdim edib.
Siyafər Cəfərli indiyə qədər Bakının Suraxanı rayonunun Polis Şöbəsində çalışıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Şahbuz Rayon Polis Şöbəsinin rəisi Bahadur Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.