Naxçıvan Muxtar Respublikası Prokurorluğunda “Ekoloji hüquqpozmalar” mövzusunda seminar keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, seminarda Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov bildirib ki, ətraf mühiti qorumaq vəzifəsi əmək fəaliyyəti nəticəsində təbiətdən istifadə edən və ətraf mühitə təsir edə biləcək hər bir şəxsin üzərinə düşür. Ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq hər kəsin vəzifəsi və mənəvi borcudur.

Prokurorluğun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi Anar Məmmədov “Ekoloji təhlükəsizlik, ətraf mühitin mühafizəsi və təbiətdən istifadəyə prokuror nəzarətinin təşkili” mövzusunda çıxış edib.

Bildirib ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu ətraf mühitin qorunması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə prokuror nəzarəti səlahiyyətlərindən intensiv istifadə edərək hüquq normalarının tətbiqində iştirak edir.

Prokuror Xalid Mirzəyev isə ekoloji hüquqpozmalar barədə seminar iştirakçılarını məlumatlandırıb. Bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28-ci fəsli müvafiq olaraq işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını, qanunsuz ov etməyə, qanunsuz ağac kəsməyə, meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələməyə, xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin mühafizə rejimini pozmağa və digər sahələrə görə cinayət məsuliyyətini müəyyən edir.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov müzakirə edilən mövzularla bağlı çıxış edib.                         

Seminarda iştirakçıların sualları cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: