Çalxanqala kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri saxlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan DİN-in Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çalxanqala kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Vüqar Ağaməmmədov, Orxan Xudaquliyev, Şakir Ağaməmmədov və Vasif Ağaməmmədov saxlanılıb.

Onlardan qanunsuz saxlanılan “İJ-18”, “Cifsa” və “TOZ-63” markalı 4 ov tüfəngi götürülüb.

Vüqar Ağaməmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan ovladıqları 1 dağ keçisi, 4 ədəd patron və 1 ədəd patron qatarı aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: