Babəkdə “Heydər Əliyev İli”nə həsr olunan konsert proqramı olub - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Babək Rayon Mədəniyyət Sarayında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təşkil olunan konsert proqramının repertuarına ulu öndər Heydər Əliyevin sevdiyi və dahi rəhbərə həsr olunmuş mahnılar ifa olunub, bir sıra vətənpərvərlik ruhunda əsərlər səsləndirilib.

Oktay Kazımovun “Vətən gözəl” mahnısı ilə başlayan konsert proqramında filarmoniyanın solistləri “Alagöz”, “O Naxçıvandır”, “Vətən yaxşıdır”, “Naxçıvandadır”, “Yaşa, mənim xalqım” “El yolunda”, “Ey Vətən oğlu” və digər mahnıları ifa ediblər.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında il ərzində konsert proqramları ilə çıxış edəcəklər.

Yunis Allahverdiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: