Türkiyənin səhiyyə naziri Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraşdakı mobil səhra hospitallarında olub - VİDEO

A- A A+

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar tədbirlər davam etdirilir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bu çərçivədə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraşdakı mobil səhra hospitallarında olub. Burada yaradılmış şəraitlə, həmçinin hospitallarda müayinə və müalicə olunan yaralı və xəstələrin vəziyyətləri ilə maraqlanıb, FHN-in tibbi personalı ilə görüşüb.

F.Qoca hospitallarda yaradılmış şəraiti yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: