Fevralın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 396 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 111, ikinci doza vaksinlərin sayı 123, üç və daha çox doza vaksinlərin sayı 144, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 18-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 948 min 332, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 992, ikinci mərhələ üzrə 4 milyon 878 min 784, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 399 min 977, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 579-dur.