Dünyada hər şeyin olduğu kimi, saçların da ömrü var.
Saç telləri də bir müddət sonra korlanır, solğunlaşır, qırılır və tökülür. Saç uclarının haçalanması nəticəsində saçqıranlar meydana gəlir. Saçqıran düşən saçlar isə baxımsız görünür. Bəs, saçqıranlarla necə mübarizə aparmaq olar?
NUHÇIXAN saçqıranlarla mübarizə yollarını təqdim edir:
Saçqıranların əmələ gəlməsinin qarşısını almaq üçün saçınızı tez-tez boyamayın, düzləşdirici fenlərdən az istifadə edin. Ümumiyyətlə, bu cihazları istifadə edərkən saçlarınıza onları nəmləndirən, qurumasının qarşısını alan qoruyucu laklar vurun.
Bəzi xanımlar saçlarını qısaltmaq istəmədiyi üçün saçqıranları kəsdirməkdən imtina edir, başqa çıxış yolları axtarır. Amma saçqıranlardan xilas olmağın yeganə həlli onları müəyyən qədər kəsdirməkdir. Saçqıranları kəsdirmək saçların qısalması deyil. Saçqıranları kəsdirmədikdə onlar saçın sağlam uzanmasına da mane olur. Saçqıranlar mütəmadi olaraq kəsildikdə isə saçlar daha tez və sağlam şəkildə uzanır.