Fevralın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 223 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 60, ikinci doza vaksinlərin sayı 79, üç və daha çox doza vaksinlərin sayı 71, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 948 min 555, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 52, ikinci mərhələ üzrə 4 milyon 878 min 863, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 48, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 592-dir.