Culfada şəhidlərin ordenləri ailə üzvlərinə təqdim edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Culfa rayonunun şəhidləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Göydağlı Ramazan Əbülfət oğlu və Seyidov Miryasin Mirqafar oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev şəhidlərin doğulduğu Əbrəqunus və Kırna kəndlərində şəhid ailələrinə baş çəkib, şəhidlərin ordenlərini ailə üzvlərinə təqdim edib.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.