Naxçıvan polisi tərəfindən reydlər keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan DİN-in Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərinin müxtəlif nöqtələrində, hərəkətin intensiv olduğu küçə və prospektlərdə nizamlanmayan piyada keçidlərində hərəkət edən piyadalara yol verməyən sürücülərə və piyada keçidlərindən istifadə etməyən piyadalara qarşı reydlər keçirilib.

Reyd zamanı polis əməkdaşları tərəfindən sürücülər arasında maarifləndirmə və təbliğat işləri aparılmaqla yanaşı, qayda pozuntularına yol verən sürücülərə qarşı inzibati tənbeh tədbirləri də görülüb. 

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq muxtar respublikada profilaktiki-maarifləndirici tədbirlər davam etdiriləcək

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: