Ağstafada yük maşını ilə minik maşınının toqquşması zamanı ölənlərin kimliyi məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına, minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində rayonun Dağ Kəsəmən kəndinin sakinləri 1987-ci il təvəllüdlü Orxan Rzayev və 1987-ci il təvəllüdlü Məhəmməd Xəlilov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.