Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, fevralın 20-dən 25-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı tank əleyhinə 14 mina və 443 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 384 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.