Naxçıvan Azərbaycanın ümumi enerji şəbəkəsinə qoşulur - Cəbrayıldan birbaşa bağlantı - VİDEO
Naxçıvan televiziyasının əməkdaşları növbəti dəfə Şərqi Zəngəzur iqtisadi rayonuna ezam olunublar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ezam olunan əməkdaşlar - Nicat Quliyev və Rəşad Hüseynov "Cəbrayıl" Enerji Qovşağından canlı bağlantıya qoşulub, tamaşaçıları orada aparılan infrastruktur işləri ilə tanış ediblər.