Şərurda yanğın olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şərur şəhər Mikayıl Müşfiq küçəsi bina 5, mənzil 11 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğın dərhal əraziyə cəlb olunmuş yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 95 kvadratmetr olan mənzilin 35 kvadratmetr hissəsi yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: